>


  «Molla Nəsrəddin» jurnalının 1921-ci ildə İranda nəşr edilməsi, Yaxın Şərqin sənət aləmində mühüm hadisə kimi qiymətləndirilməlidir. Məhz bu jurnalın təsiri altında qısa zaman ərzində (bu dövrdə jurnalın cəmi 8№-si çapdan çıxmışdır) qabaqcıl nasir və rəssamlar İran, eləcə də Yaxın Şərq mühitində baş verən problemlərə öz münasibətlərini bildirmək üçün imkan əldə etmişlər. Təbrizdə «Molla Nəsrəddin» jurnalının nəşrinə başlanarkən Cəlil Məmmədquluzadə azərbaycanlı rəssam Seyidəli Behzadı jurnala cəlb etmişdir. Cəlil Məmmədquluzadənin birbaşa təsiri və köməyi nəticəsində rəssam Əli Behzad karikatura janrının özünəməxsusluqlarına yiyələnmiş və qısa zaman ərzində böyük müvəffəqiyyətlər qazanmışdır.

“Azərbaycan: -Bu qaniçən mənim qıçıma haradan yapışıb?” (1921).

“Türk  məsələsi” (1921).

Karikaturalar: Seyidəli Behzad

100 illik Karikatura Tariximiz
Bayram Hacızadə: