30-cu illərdən Azərbaycanda heç bir satirik jurnalın çap olunmadığını nəzərə alsaq, 1952-ci ildə «Kirpi» satirik jurnalının nəşrə başlanması dövrün, zamanın tələbi idi. «Kirpi» jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, «Kirpi» jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi. Nəcəfqulu İsmayılov, Ziya Kərimbəyli, Pyotr Şandin, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Vsevolod Ternavski, Rizvan Quliyev, Ələkbər Zeynalov, Adil Quliyev kimi rəssamların çəkdikləri karikaturalar öz mənası, ictimai-siyasi dəyəri ilə yadda qalmışdır.
“Kirpi” satirik jurnalının ilk nömrəsi” (1952).
“Axır ki, ümumi dil tapdıq” (1964).