2016-cı il dekabr ayının 19-da Minsk şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Belarus Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Sözsüz” adlı karikatura sərgisi Yakob Kolas adına muzeydə təşkil olunmuşdur. Sərgidə rəssamın 60-a yaxın müxtəlif mövzulu əsərləri nümayiş edilmişdir.

Tədbirdə Belarusun Əməkdar İncəsənət Xadimi Yakob Kolas ev muzeyinin direktoru Z.Komarovskaya, Belarusun Rəssamlar İttifaqının sədri Q.Sitniça, “Vожак” satirik jurnalının redaktoru A.Korşakeviç, “Belarus” nəşriyyat evinin baş direktoru A.Qarmaza, Azərbaycan diasporasının sədri Natiq Bağırov, eləcə də Belarusun və Ukraynanın digər tanınmış rəssamları, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri çıxış etmişlər. Çıxış edənlər bu kimi tədbirlərin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da yüksəlməsinə xidmət edəcəyini xüsusilə vurğulamışlar. Tədbirdə rəssam Bayram Hacızadəyə iki ölkə arasında dostluğun möhkəmləndirilməsi və karikatura janrının inkişafında göstərdiyi müstəsna xidmətlərə görə Belarusun Mədəniyyət Nazirliyinin və Y.Kolas ev muzeyinin - Xüsusi Fəxri Diplomu təqdim olunmuşdur.

Individual exhibition of Azerbaijan Honored Artist Bayram Hajizada was taken place on December 19, 2016 in Minsk. “Sozsuz” cartoon exhibition was held in Jacob Colas Museum, which was initiated by Ministry of Culture of the Republic of Belarus. Within the exhibition, over 60 various theme based works have been on display.     

Among the guests, Honored Artist of the Republic of Belarus and Director of Jacob Colas House Museum Z.Komarovskoya, Chairman of the Belarusian Union of Artists G.Sitnitsa, editor of the satirical magazine “Vожак” A.Korşakeviç, General Director of “Belarusian” Publishing House A.Qarmaza, Chairman of Azerbaijani diaspora Natig Baghirov, as well as other Belarusian and Ukrainian well-known artists and press members could be seen. The speakers specificially highlighted the significance of such or similar events in helping the expansion of partnership and friendship between the two countries. In the event, Bayram Hajizada was awarded with Special Honours Diploma of Ministry of Culture of the Republic of Belarus and Jacob Colas House Museum for the exclusive services he has conducted in the development of cartoon genre and expansion of friendship between both countries.