The international exhibition of Azerbaijan cartoonists in Greece

 

In July this year, the international exhibition of works by Azerbaijan cartoonists was organized in Lafistio village near Livade, Greece. The cartoon exhibition initiated by our Greek colleagues was held in the first and only cartoon museum and exhibition complex of Greece, in Lafistio with ancient and rich history. The works of Azerbaijani cartoonists, who had functioned within different periods, were on display in the exhibition organized with the support of Azerbaijani Cartoonists Union.  Cartoon lovers were provided with the detailed information about Azerbaijani cartoon history with rich traditions in the international exhibition, reflecting the social-political life of Azerbaijan from the XV  century till today.  Our foreign partners, cartoon lovers and guests will be be able to gather full information about ancient history, rich culture of Azerbaijan, as well as the cartoon history aged more than a century in the international exhibition organized at a high-level. I express my deep gratitude to Mr. Giannis Geroulias, organizer and initiator of the exhibition, well-known cartoonist, on behalf of Azerbaijani artists for his activity on promotion of Azerbaijani cartoon art and high-level organization of exhibition covering the works of Azerbaijani artists.

 

Bayram Hajizadeh

The President of Azerbaijan Cartoonists Union

Azərbaycan karikaturaçı rəssamlarının Yunanıstanda sərgisi

Bu ilin iyul ayında Yunanıstanın Livadi şəhəri yaxınlığında yerləşən Lafistio kəndində “Azərbaycan karikaturası” adlı beynəlxalq sərgi təşkil olunmuşdur. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi ilə təşkil edilmiş karikatura sərgisi qədim və zəngin tarixi olan Lafistioda, Yunanıstanın ilk və yeganə karikatura Muzey-sərgi kompleksində keçirilmişdir. Sərgidə müxtəlif dövrlərdə çalışmış Azərbaycan karikaturaçı rəssamlarının 100-dən artıq əsəri nümayiş olunmuşdur.  XV əsrdən müasir dövrümüzə qədər Azərbaycan ictimai-siyasi həyatını özündə əks etdirən beynəlxalq sərgidə karikaturasevərlərə zəngin ənənələrə malik Azərbaycan karikatura tarixi haqqında da geniş məlumat verilmişdir. Sərgidə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin müəllifi olduğu “Dünya karikaturası”, “Rəssam və karikatura” və s. kitabları karikatura muzeyinə və sərginin qonaqlarına hədiyyə edilmişdir. Bir ay davam edəcək beynəlxalq sərgidə xarici həmkarlarımız, karikaturasevərlər, qonaqlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, bir əsrdən artıq karikatura tarixi haqqında tam məlumat toplaya biləcəklər.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi idarə heyəti