Bu yaxın günlərdə Türkiyədə ənənəvi keçirilən “Aydın Doğan” Beynəlxalq Karikatura müsabiqəsinə yekun vurulmuşdur. Dünyanın 66 ölkəsindən yüzlərlə karikaturaçının qatıldığı bu mötəbər yarışmanın münsiflər heyətinin tərkibində ABŞ, Yaponiya, Tanzaniya, Yunanıstan, Türkiyə və Azərbaycandan tanınmış karikatura ustaları iştirak etmişlər. Ölkəmizi bu beynəlxalq tədbirdə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil etmişdir.
Beynəlxalq tərkibli münsiflər heyətinin qərarı ilə I yerə Agim Sulaj (İtaliya), II yerə Mohsen Nouri Nacafi (İran), III yerə Calal Pirmarzabad (İran) layiq görülmüşlər. Yarışmanın xüsusi mükafatları və fəxri diplomları Mixail Zlatkovskiyə (Rusiya), Alberto Morales Ajubelə (İspaniya), Angel Boliqana (Kuba), İşimaru Hideyə (Yaponiya), Frank Hoffmanna (Almaniya), Moacir Knorr Qutterresə (Braziliya), Musa Gümüşə (Türkiyə), Cemalettin Güzeloğluna (Türkiyə), Jose Antonio Qarsi Nietoya (Meksika), Didier Pizziyə (Fransa), Saman Torabiyə (İran) və Yuqoslav Vlahoviçə (Serbiya) təqdim olunmuşdur.
Tədbirdə Bayram Hacızadə dünyanın ən nüfuzlu beynəlxalq karikatura müsabiqələrindən biri sayılan “Aydın Doğan” yarışmasına uzun illər dəstək olan, karikatura janrının tanınması və təbliği istiqamətində əvəzsiz xidmətlər göstərmiş “Aydın Doğan” fonduna, bu lazımlı işdə əməyi keçən hər bir insana bütün karikaturasevərlər adından dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyəti
Traditionally held “Aydin Dogan” International Cartoon Contest finalized in Turkey in the other days. Well-known cartoonists from USA, Japan, Tanzania, Greece, Turkey and Azerbaijan were among the jury members in this prestigious contest where hundreds of cartoonists from the world’s 66 countries participated. The president of Azerbaijan Cartoonists’ Union Bayram Hajizadeh represented our country in the international event.
First place is awarded to Agim Sulaj (Italy), second place to Mohsen Nouri Najafi (Iran), third place to Jalal Pirmarzabadi (Iran) by the decision of the jury of international composition. Special prizes and honorary diplomas of the contest were presented to Mikhail Zlatkovsky (Russia), Alberto Morales Ajubel (Spain), Angel Boligan (Cuba), İshimaru Hide (Japan), Frank Hoffmann (Germany), Moacir Knorr Gutterres (Brazil), Musa Gümüş (Turkey), Cemalettin Güzeloğlu (Turkey), Jose Antonio Garci Nieto (Mexico), Didier Pizzi (France), Saman Torabi (Iran) and Jugoslav Vlahovic (Serbia).
In the event Bayram Hajizadeh expressed deep gratitude and appreciation to “Aydin Dogan” fund, supporting “Aydin Dogan” competition for many years, which is considered one of the world’s most prestigious international cartoon competitions, rendering invaluable services for the recognition and promotion of the cartoon genre, each person who contributed to this necessary event on behalf of all cartoon lovers.
The board of directors of the Azerbaijan Cartoonists’ Union
Mikhail Zlatkovsky (Russia)
“Aydin Dogan” International Cartoon Contest finalized