May ayının 7-də Təbriz şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin “Tolerantlıq” adlı fərdi sərgisi açılmışdır. İran Karikaturaçılar Assosiasiyasının və Təbriz Karikatura Muzeyinin dəstəyi ilə təşkil olunmuş sərgidə rəssamın 50-yə yaxın müxtəlif mövzulu əsərləri nümayiş edilmişdir.

Beynəlxalq karikatura müsabiqəsi çərçivəsində təşkil olunmuş tədbirdə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri Seyyid Rza Salehi Əmiri, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbrizin Sənət və Mədəniyyət müdiri Məhəmməd Pur, İran Karikaturaçılar Assosiasiyasının rəhbəri Rəhim Baqqal Əsgəri və digər rəsmi şəxslər iştirak etmişlər. Çıxış edənlər bu kimi tədbirlərin və sərgilərin xalqlar və mədəniyyətlər arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini xüsusilə vurğulamışlar.

İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri Seyyid Rza Salehi Əmiri tədbirin xüsusi mükafatını Bayram Hacızadəyə təqdim etmişdir.

 

Ağəli İbrahimov

Azərbaycan Rəssamlar İttifaqının katibi