May ayının
26-da İspaniyanın Barselona şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi
Bayram Hacızadənin “Tolerantlıq” adlı fərdi sərgisi açılmışdır. İspaniya
“Cartoonia” Beynəlxalq Karikaturaçılar Təşkilatının və “Mezanina” İncəsənət
Mərkəzinin dəstəyi ilə təşkil olunmuş sərgidə rəssamın 50-yə yaxın müxtəlif
mövzulu əsərləri nümayiş edilmişdır.