Aprel ayında Ukraynanın Poltava şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Ukrayna Karikaturaçılar Assosiyasiyasının təşkilatçılığı ilə keçirilmiş XVII “Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində təşkil olunmuş sərgidə rəssamın 50-dən artıq karikaturası nümayiş olunmuşdur.
Bu ilin sonuna qədər B.Hacızadənin Moskvada, Barselonada, Təbrizdə, Sofiyada və Ankarada fərdi sərgiləri təşkil olunacaqdır.