Karikatura sənətinin formalaşma tarixi
Müəllif: Bayram Hacızadə Bakı 2011. 500 nüsxə. 216 səhifə.
Kitabda dünya təsviri sənətində karikaturanın erkən prototipləri, bu sənət növünün ilk nümunələri karikatura-sevərlərə təqdim edilmişdir. Misir, Yunan, Roma incəsənətində karikatu-ranın ilk elementləri təhlil olunmuşdur. Karikaturanın cəmiyyətdə bir sənət növü kimi əhəmiyyəti tutarlı faktlarla sübuta yeti-rilmişdir. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq olunmuşdur. Azərbaycan dilində nəşr olunmuş və 321 illüstrasiya yerləşdirilmiş kitab karikatura haqqında geniş məlumat verə biləcək ilk dərs vəsaitidir.