VII Molla Nəsrəddin-Azərbaycan - 2016
Beynəlxalq Karikatura Müsabiqəsi.
Mövzu: Multikulturalizm
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi Molla Nəsrəddin - Azərbaycan - 2016 Beynəlxalq Karikatura Müsabiqəsini elan edir.
VII Beynəlxalq Karikatura Müsabiqəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
2016-cı il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında Multikulturalizm ili elan edilmişdir. Məhz bu münasibətlə də Molla Nəsrəddin Azərbaycan - 2016 Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu Multikulturalizm adlanır.
Müsabiqənin şərtləri:
1. Müsabiqənin mövzusunun adı: Multikulturalizm (Tolerantlıq).
2. İşlərin qəbulunun son tarixi: 15 noyabr 2016.
3. Müsabiqə internet vasitəsilə keçirilir.
4. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
5. Karikaturaları 300 dpi, jpg formatında
elektron ünvana göndərə bilərsiniz.
6. Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.
7. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət kitab hazırlanacaqdır.
Mükafatlar:
I Yer qızıl medal və diplom
II Yer gümüş medal və diplom
III Yer bürünc medal və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı
Bayram Hacızadə
Molla Nəsrəddin - Azərbaycan - 2016
Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri
Ünvan:
AZ1009, Azərbaycan, Bakı
Salatın Əsgərova 86 (Şirvanşah)
E-mail: azercartoon@gmail.com
www.azercartoon.com
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2016-cı il.