Tərcümeyi-hal
Bayram Hacızadə
 

Bayram Kamal oğlu Hacızadə

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi.

1968-ci ildə Bakı şəhərində anadan olub.

1985-ci ildən “Kirpi” satirik jurnalında və dövri mətbuatda

        karikaturaçı - rəssam kimi çıxış edir.

1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini

        fərqlənmə diplomu ilə bitirib.

1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

        Universitetinin qrafika bölməsini bitirib.

2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2004-cü ildən “Kirpi” satirik jurnalında baş məsləhətçi vəzifəsində

         çalışıb.

2005-ci ildə “Biz və Media” mətbuat evini təsis etmiş və təşkilatın

        direktoru vəzifəsində çalışmışdır.

2005-ci ildən “Biz və Karikatura” jurnalının təsisçisi və baş

        redaktorudur.

2005-ci ildə mətbuatda məhsuldar və səmərəli fəaliyyətinə görə AJB

        tərəfindən “Zərdabi” adına mükafata layiq görülmüşdür. 

2005-ci ildə mətbuatda məhsuldar fəaliyyətinə və əsərlərindəki

        vətənpərvərlik ruhuna görə “Vətən” media mükafatına layiq

        görülmüşdür.

2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və ARİ-da

        karikatura bölməsinin sədridir.

2005-ci ildən Benəlxalq Karikatura Müsabiqələrində və  

        Festivallarında  fəal iştirak edir. Əsərləri respublikada və xaricdə

        keçirilən beynəlxalq karikatura müsabiqələrində qızıl, gümüş,

        bürünc medallara, xüsusi mükafatlara və fəxridiplomlara layiq

        görülmüşdür (ABŞ, Bolqarıstan, Çin, Efiopiya, Hindistan, İran,

        İsrail, Kipr, Koreya, Kuba, Nepal, Polşa, Rumıniya, Serbia,

        Suriya, Yunanıstan, Türkiyə, Ukrayna). Yüzdən artıq əsəri

        Beynəlxalq Karikatura Müsabiqələrində seçilmiş ən yaxşı

        karikaturalardan ibarət kitablara və albomlara daxil edilmişdir.

2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr

        seçilmişdir.

2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında

        Azərbaycan Respublikasının təmsilçisidir. Beynəlxalq təşkilatın

        orqanı olan “FECONEWS” jurnalının redaksiya heyətinin

        üzvüdür.

2006-cı ildən dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq

        karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri

        olmuşdur (Azərbaycan, Çin, Hindistan, İran, İsrail, Rusiya,

        Suriya, Yunanıstan, Türkiyə və Ukrayna).

2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə

        “Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi” fəxri

        adına layiq görülmüşdür.

2008-ci ildə “Azərbaycanda karikaturanın inkişafı” mövzusunda

        müdafiə etmiş, Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi

       dərəcəsini almışdır.

2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

        Universitetinin Rəssamlıq fakultəsində “Karikatura tarixi”  

        fənnini tədris edir.

2008-ci ildə “Əzimzadənin davamçıları” adlı fərdi sərgisi təşkil

        olunmuşdur (Azərbaycan).

2008-ci ildən  Azərbaycanda keçirilən  “Molla Nəsrəddin”     

         Beynəlxalq  Karikatura  Müsabiqəsinin təşkilatçısı, “Molla 

         Nəsrəddin” - Azərbaycan” layihəsinin rəhbəridir.

2008-ci ildə “CARTUNION” Beynəlxalq Karikaturaçılar Klubuna  

         üzv  seçilmişdir (ABŞ).

2009-cu ildə Beynəlxalq “Dünya Karikatura Ensiklopediyası”-nın

        redaksiya heyətinin üzvü seçilmişdir (İspaniya).

2009-cu ildə Təbriz Karikatura Assosiasiyasına fəxri üzv seçilmişdir

         (İran).

2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinə üzv

        seçilmişdir.

2009-cu ildə fərdi sərgiləri: “Müasir Azərbaycan Karikaturası”

        Ərdəbildə (İran), “Azəri sənətçisi” Əskişəhərdə (Türkiyə)

        təşkil olunmuşdur.

2010-cu ildən “Azərbaycan Karikatura Mərkəzinin” rəhbəridir.

2012-ci ildə M.Ə.Sabirin 150 illiyi münasibətilə “Hophopnamə” adlı

        fərdi sərgisi təşkil olunmuşdur (Azərbaycan).

2012-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri

        sənətin tarixi və nəzəriyyəsi” kafedrasında “Karikatura tarixi”

        fənnini tədris edir.

2013-cü ildən “Azərbaycan və dünya satirik qrafikasında məzmun və

       forma vəhdətlərinin xüsusiyyətləri” adlı doktorluq işi üzərində

       çalışır.

2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

       Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının

       müdiri vəzifəsində çalışır.

2016-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor      

        elmi  adı verilmişdir. 19 monoqrafiyanın, 70-ə yaxın                  

        elmi və publisistik  məqalənin, tədris vəsaitləri və

        proqramların müəllifidir.

2016-cı ildə fərdi sərgiləri: “Satirik qrafika” Kiyevdə (Ukrayna),

       “Sözsüz”  Minskdə (Belarus),  “Dünya karikatura ustaları”   

       Yekaterinburqda (Rusiya)   təşkil olunmuşdur.

2016-cı ildə Xalqlar arasında mədəni əlaqələrin

        möhkəmləndirilməsində və karikatura janrının inkişafında

       göstərdiyi xidmətlərininə görə Belarus Mədəniyyət Nazirliyinin  

       və Y.Kolas Memorial Muzeyinin fəxri diplomuna                        

       layiq görülmüşdür.

2017-ci ildə fərdi sərgiləri: “Azərbaycandan sevgilərlə” İstanbulda

       (Türkiyə), “Tolerantlıq”  Hayfada (İsrail), “Yumor festivalı”

       Poltavada (Ukrayna), “Müasir Azərbaycan karikaturası”

       Təbrizdə (İran), “Karikatura” Barselonada (İspaniya),

      “İroniyalı qrafika” Lesnoy şəhərində (Rusiya) təşkil olunmuşdur.

2017-ci ildə Türkiyə Karikaturaçılar Assosiyasiyasına fəxri üzv

       seçilmişdir.

2018-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri

         üzvü seçilmişdir.

2019 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin

          “Diplomatik Xidmət Orqanlarının yubiley” medalı ilə      

          təltif edilib.