


Bayram Kamal oğlu Hacızadə
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi.
1968-ci ildə Bakı şəhərində anadan olub.
1985-ci ildən “Kirpi” satirik jurnalında və dövri
mətbuatda karikaturaçı - rəssam kimi çıxış edir.
1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq
Məktəbini fərqlənmə diplomu ilə bitirib.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin qrafika bölməsini
bitirib.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür.
2004-cü ildən “Kirpi” satirik jurnalında baş məsləhətçi
vəzifəsində çalışıb.
2005-ci ildə “Biz və Media” mətbuat evini təsis etmiş
və təşkilatın direktoru vəzifəsində çalışmışdır.
2005-ci ildən “Biz və Karikatura” jurnalının təsisçisi
və baş redaktorudur.
2005-ci ildə mətbuatda məhsuldar və səmərəli
fəaliyyətinə görə AJB tərəfindən “Zərdabi” adına
mükafata layiq görülmüşdür.
2005-ci ildə mətbuatda məhsuldar fəaliyyətinə və
əsərlərindəki vətənpərvərlik ruhuna görə
“Vətən” media mükafatına layiq görülmüşdür.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü
və ARİ-da karikatura bölməsinin sədridir.
2005-ci ildən Benəlxalq Karikatura Müsabiqələrində
və Festivallarında fəal iştirak edir. Əsərləri
respublikada və xaricdə keçirilən beynəlxalq
karikatura müsabiqələrində qızıl, gümüş, bürünc
medallara, xüsusi mükafatlara və fəxri
diplomlara layiq görülmüşdür (ABŞ,
Bolqarıstan, Çin, Efiopiya, Hindistan, İran,
İsrail, Kipr, Koreya, Kuba, Nepal, Polşa,
Rumıniya, Serbia, Suriya, Yunanıstan, Türkiyə,
Ukrayna). Yüzdən artıq əsəri Beynəlxalq
Karikatura Müsabiqələrində seçilmiş ən yaxşı
karikaturalardan ibarət kitablara və albomlara
daxil edilmişdir.
2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar
Birliyinə sədr seçilmişdir.
2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları
Federasiyasında Azərbaycan Respublikasının
təmsilçisidir. Beynəlxalq təşkilatın orqanı olan
“FECONEWS” jurnalının redaksiya heyətinin
üzvüdür.
2006-cı ildən dünyanın müxtəlif ölkələrində keçirilən
beynəlxalq karikatura müsabiqələrində
münsiflər heyətinin üzvü və sədri olmuşdur
(Azərbaycan, Çin, Hindistan, İran, İsrail, Rusiya,
Suriya, Yunanıstan, Türkiyə və Ukrayna).
2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin
sərəncamı ilə “Azərbaycan Respublikası
Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq
görülmüşdür.
2008-ci ildə “Azərbaycanda karikaturanın inkişafı”
mövzusunda müdafiə etmiş, Sənətşünaslıq üzrə
fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Rəssamlıq fakultəsində
“Karikatura tarixi” fənnini tədris edir.
2008-ci ildə “Əzimzadənin davamçıları” adlı fərdi
sərgisi təşkil olunmuşdur (Azərbaycan).
2008-ci ildən Azərbaycanda keçirilən “Molla
Nəsrəddin” Beynəlxalq Karikatura
Müsabiqəsinin təşkilatçısı, “Molla Nəsrəddin” -
Azərbaycan” layihəsinin rəhbəridir.
2008-ci ildə “CARTUNION” Beynəlxalq
Karikaturaçılar Klubuna üzv seçilmişdir (ABŞ).
2009-cu ildə Beynəlxalq “Dünya Karikatura
Ensiklopediyası”-nın redaksiya heyətinin üzvü
seçilmişdir (İspaniya).
2009-cu ildə Təbriz Karikatura Assosiasiyasına fəxri
üzv seçilmişdir (İran).
2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət
heyətinə üzv seçilmişdir.
2009-cu ildə fərdi sərgiləri: “Müasir Azərbaycan
Karikaturası” Ərdəbildə (İran), “Azəri sənətçisi”
Əskişəhərdə (Türkiyə) təşkil olunmuşdur.
2010-cu ildən “Azərbaycan Karikatura Mərkəzinin”
rəhbəridir.
2012-ci ildə M.Ə.Sabirin 150 illiyi münasibətilə
“Hophopnamə” adlı fərdi sərgisi təşkil
olunmuşdur (Azərbaycan).
2012-ci ildən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Təsviri sənətin tarixi və
nəzəriyyəsi” kafedrasında “Karikatura tarixi”
fənnini tədris edir.
2013-cü ildən “Azərbaycan və dünya satirik
qrafikasında məzmun və forma vəhdətlərinin
xüsusiyyətləri” adlı doktorluq işi üzərində
çalışır. 19 monoqrafiyanın, 70-ə yaxın elmi və
publisistik məqalənin, tədris vəsaitləri və
proqramların müəllifidir.
2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin “Təsviri sənət tarixi və
nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində
çalışır.
2016-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə
professor elmi adı verilmişdir.
2016-cı ildə fərdi sərgiləri: “Satirik qrafika” Kiyevdə
(Ukrayna), “Sözsüz” Minskdə (Belarus),
“Dünya karikatura ustaları” Yekaterinburqda
(Rusiya) təşkil olunmuşdur.
2016-cı ildə Xalqlar arasında mədəni əlaqələrin
möhkəmləndirilməsində və karikatura janrının
inkişafında göstərdiyi xidmətlərininə görə
Belarus Mədəniyyət Nazirliyinin və Y.Kolas
Memorial Muzeyinin fəxri diplomuna layiq
görülmüşdür.
2017-ci ildə fərdi sərgiləri: “Azərbaycandan sevgilərlə”
İstanbulda (Türkiyə), “Tolerantlıq” Hayfada
(İsrail), “Yumor festivalı” Poltavada (Ukrayna),
“Müasir Azərbaycan karikaturası” Təbrizdə
(İran), “Karikatura” Barselonada (İspaniya),
“İroniyalı qrafika” Lesnoy şəhərində (Rusiya)
təşkil olunmuşdur.
2017-ci ildə Türkiyə Karikaturaçılar Assosiyasiyasına
fəxri üzv seçilmişdir.
2018-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri
üzvü seçilmişdir.